media-photo_5354949157640146286_x
media-bant_master

Yaponiyanın Nagoia Universitetinin binasında partlayış baş verib.

ERAmedia xəbər verir ki, bu barədə polisə istinadən “Kyodo Tsushin” informasiya agentliyi məlumat yayıb.

İlkin məlumata görə, universitetdə təmizlik işləri aparılan zaman kimyəvi maddə partlayıb. Hadisə Tikuşa rayonunda qeydə alınıb.

Partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb. Partlayışın səbəbləri və xəsarət alanların dəqiq sayı ilə bağlı məlumatlar hələlik açıqlanmayıb.

Vural


media-adspc

Bənzər xəbərlər