media-yiq41ptlvkdxohsnuszpumqjmd65b2wekubnunop_1200
media-bant_master

Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-ya üzvlükdən imtina etməyə hazır olması, ehtimal ki, sülh danışıqlarının gedişinə ciddi təsir göstərməyəcək.

ERAmedia xəbər verir ki, bu fikri ABŞ-ın təhlükəsizlik üzrə ekspertləri Reuters agentliyinə bildiriblər.

Berlində amerikalı nümayəndələrlə keçirilən görüş zamanı Zelenski ABŞ və Avropadan alternativ təhlükəsizlik zəmanətləri almaq müqabilində NATO üzvlüyündən imtina etməyə hazır olduğunu deyib. Lakin Kato İnstitutunun eksperti Castin Loqan və Florida Universitetinin professoru Endryu Miçta bu təklifi qüvvələr balansını dəyişməyən addım kimi qiymətləndiriblər. Onların fikrincə, Kiyev üçün alyansa üzvlük uzun müddətdir real perspektiv olmayıb.

“Bu, heç nəyi dəyişmir. Bu, sadəcə, rasional görünməyə cəhddir”, — Kato İnstitutunun müdafiə və xarici siyasət üzrə direktoru Castin Loqan bildirib.

“Reuters” dekabrın 15-də yazmışdı ki, Zelenski Berlində keçiriləcək danışıqlar ərəfəsində Ukraynanın NATO-ya üzvlük niyyətindən imtina etməyi Qərbin təhlükəsizlik zəmanətləri ilə mübadilə etməyi təklif edib.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər