Zorən könüllü evinə qayıda bilib
Kremlin müharibə deyil, “xüsusi hərbi əməliyyat” adlandırdığı savaşda “könüllü” iştirak edən rus hərbçisi Viktor Kaplanın qanunsuz səfərbərlk edildiyi sübut edildikdən sonra o, evinə qayıdıb.
ERAmedia bildrir ki, bu tarixçənin necə baş verdiyini Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin “Telegram”da açıqlayıb.
Kaplanın cəbhəyə göndərilməsi barədə oktyabr ayında onun vəkili Aleksey Kalugin məlumat verib. Onun sözlərinə görə, o, Sankt-Peterburqda saxlanılıb və axtarışda olan şəxslər üçün müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. Hüquq müdafiəçisi vurğulayıb ki, Kaplan müdafiə nazirliyi ilə müqavilə imzalamayıb və qismən səfərbərliyin bir hissəsi kimi də çağırılmayıb.
Sonrakı aylarda vəkil Kalugin və deputat Delyagin müəyyən qurumların rəsmilərinə sorğular göndəriblər.
Noyabr ayında vəkil bildirib ki, “səlahiyyətli orqanların cavablarına” əsasən, Kaplan səfərbər olunmuş hesab olunur. Hüquq müdafiəçisinin izah etdiyi kimi, müvəkkilinə bu status 2022-ci ilin dekabrında tanınmamış Donetsk Xalq Respublikasındakı Pyatnaşka könüllülər qrupunda xidmət etmək üçün gələndə verilib. Vəkil onu da aydınlaşdıra bilib ki, “DXR” hərbi komissarlıqlarında onu səfərbər etmək səlahiyyəti olamayıb: “O, Sankt-Peterburqdakı ev ünvanında qeydiyyatda qalmağa davam etdiyindən bu, mümkün deyildi və məticədə Kaplan təmas xəttində iki ay yarım vaxt keçirib”.
Ural Dəyirmançı










