30 milyon dollar mənimsəyən QADIN axtarışa verildi
ABŞ-da özünü varlı varis kimi təqdim edərək bir il ərzində banklar və digər maliyyə qurumlarından təxminən 30 milyon dollar aldığı iddia olunan 73 yaşlı miçiqanlı qadını axtarırlar.
ERAmedia bildirir ki, bu barədə “NBC News” Federal Təhqiqat Bürosuna (FTB) istinadən məlumat yayıb.
Bülletenə görə Meri Kerol Makdonnell Kaliforniyanın Los-Anceles və Oranj qraflıqlarında saxtakarlıq sxemində iştirak etdiyi iddiası ilə axtarılır.
FTB, onun özünü Makdonnell ailəsinin varisi kimi təqdim etdiyini və məxfi 80 milyon dollarlıq fonda çıxışı olduğunu iddia etdiyini bildirib.
İlkin təhqiqatlar 73 yaşlı qadının varisi olduğunu iddia etdiyi McDonnell Aircraft korporasiyasının artıq fəaliyyət göstərmədiyini aşkara çıxarıb.
Onun əsas iştirakçısı olduğu sxemin 2017-ci ilin iyul ayından 2018-ci ilin may ayına qədər davam etdiyi müəyyənləşib. Fırıldaqçılıq dövründə Makdonnell, hazırda fəaliyyəti dayandırılmış istehsal şirkəti “Bellum Entertainment MMC”nin baş icraçı direktoru olub.
Ural Dəyirmançı









