media-5204a44e4532a93572aa5b50703dd1f7

ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında Polşaya əlavə 5 min ABŞ əsgərinin göndərilməsi ilə bağlı açıqlama verib.

ERAmedia-nın məlumatına görə, Tramp bildirib ki, Polşada onun da dəstək verdiyi prezident Karol Navrotski ilə yaxşı münasibətləri var və bu münasibətlər fonunda həmin ölkəyə əlavə hərbi qüvvə göndərmək qərarı qəbul edilib.

O, bundan əvvəlki açıqlamalarında Polşa və Almaniyada yerləşən ABŞ hərbi kontingentinin sayının azaldılmasının da gündəmdə ola biləcəyini qeyd etmişdi.

Mövzu ilə bağlı açıqlama verən ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens isə Polşadakı ABŞ əsgərlərinin sayının azaldılmadığını, yalnız bəzi hərbi yerləşdirmələrin ertələndiyini bildirib. O vurğulayıb ki, söhbət Avropadan tam çıxışdan deyil, ABŞ təhlükəsizliyini maksimum səviyyədə təmin etmək üçün resursların yenidən bölüşdürülməsindən gedir.

Vural


media-adspc

Bənzər xəbərlər