media-whatsapp-image-2026-05-22-at-10-39-45

ABŞ-nin Nyu-Cersi ştatı və Nyu-York şəhərində baş verən güclü sel və fırtına nəticəsində 10 mindən çox insan elektrik enerjisiz qalıb.

ERAmedia xəbər verir ki, ABŞ mətbuatının yaydığı məlumata görə, Nyu-Yorkun Bruklin və Kuins bölgələrində şiddətli yağışlar selə səbəb olub.

Sel nəticəsində avtomobillərində köməksiz qalan sürücülər öz imkanları hesabına xilas olmağa çalışıblar.

Səlahiyyətli şəxslər yağan yağışın şəhərin kanalizasiya sisteminin imkanlarını aşdığını bildiriblər.

Bəzi məhəllələrdə güclü fırtına səbəbindən ağaclar aşaraq avtomobillərə ziyan vurub.

Nyu-Cersi ştatında isə 10 mindən çox insan elektrik enerjisiz qalıb.

Bələdiyyə sədri Zohran Mamdani sosial şəbəkə hesabında paylaşdığı açıqlamada şəhərin kanalizasiya sisteminin yağan yağışı qarşılamaqda yetərsiz olduğunu qeyd edib.

O, həmçinin seldən zərər çəkən ailələrlə görüşdüyünü bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər