ABŞ və İran razılaşıb? – Tramp və Xamneyi açıqladı
Tramp və Xamneyi hələ İranla bağlı çərçivə sazişini təsdiqləməyiblər.
ERAmedia xəbər verir ki, “Telegraph” qəzetinin adı açıqlanmayan ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp və İranın ali lideri Müctəba Xamneyi hələ də iki ölkə arasında çərçivə sazişini yekunlaşdırmayıblar.
Qəzet yazır ki, “Geniş çərçivə sazişi hazırlansa da, Donald Tramp və Müctəba Xamneyi tərəfindən yekun təsdiq hələ də tələb olunur… bu, bir neçə gün çəkə bilər”.
Fars körfəzindəki mənbə qəzetə bildirib ki, bütün regional liderlər Trampı bölgədəki vəziyyəti sabitləşdirmək üçün atəşkəs təklifini qəbul etməyə çağırıblar.
Vural










