Aktrisanın son halı görənləri təəccübləndirdi - FOTO
Bir dövrə damğasını vuran məşhur gənclik serialı “Hayat Bilgisi” serialında canlandırdığı “Barbi Qamze” obrazı ilə yaddaşlarda qalan İpək Ərdəm son görünüşü ilə sosial şəbəkələrdə gündəm olub.
ERAmedia xəbər verir ki, aktrisanın illər içindəki dəyişimi izləyicilərin diqqətini çəkib və Ərdəmin təbii gözəlliyi böyük rəğbət qazanıb.
Ekranların unudulmaz layihələrindən olan “Hayat Bilgisi”nin üzərindən illər keçməsinə baxmayaraq, serialın “Barbi”si İpək Ərdəm sanki zamana meydan oxuyur. Sosial mediada paylaşılan son fotoları qısa müddətdə geniş yayılıb və aktrisa böyük maraq doğurub.
İzləyicilər İpək Ərdəmin yeni görüntülərinə çoxsaylı şərhlər yazıblar. Sosial şəbəkə istifadəçiləri “Heç qocalmayıb”, “Saç rəngi dəyişib, özü yox”, “Filtr deyilsə, maşallah” kimi ifadələrlə aktrisaya təriflər yağdırıblar. Zamanla stilində dəyişiklik olsa da, üz cizgilərinin və enerjisinin eyni qaldığını vurğulayan pərəstişkarları “Barbi Qamze”ni nostalji ilə xatırlayıblar.
Vüsalə










