media-pasinyan

Ermənistanda iyunun 7-də keçirilməsi planlaşdırılan parlament seçkilərinə sayılı günlər qaldığı vaxtlarda “İzvestiya” Lüksemburqdan Avropa Parlamentinin üzvü Fernan Kartheiserə bu ölkənin 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) qoşulmaq şansı barədə “dostyana” sual verib.

ERAmedia xəbər verir ki, parlament seçkilərində Baş nazir Nikol Paşinyanın, Donald Tramp demiş, əsas kartlarından olan Aİ-yə üzvlüy məsələsinin nə dərəcədə real olmasını şübhə altına alan deputat fikrini belə əsaslandırıb: “Ermənistanın Aİ daxilində böyük rəğbət qazanmasına və rəsmi münasibətlərin dərinləşməsinə baxmayaraq, üzvlük məsələsi nəzəri olaraq qalır”.

Lüksembuurqlu deputat daha sonra Ermənistanın coğrafi mövqeyi və qonşularından ən azı biri ilə mürəkkəb münasibətləri nəzərə alınmaqla, belə bir namizədliyin “çoxsaylı suallar doğurduğunu” diqqətə çatdırır.

Bu “səbəbləri” əsas gətirən lüksemburqlu deputat Ermənistanın 2030-cu ilə qədər Aİ-yə üzvlük ehtimalının “az olduğunu” xüsusi qabartmaqla bərabər, “hazırda Aİ-nin Balkanlardakı namizəd ölkələrin və Ukrayna və Moldovanın Aİ üzvlüyünə gedən yolu ilə bağlı həll olunmamış məsələlərə üstünlük verdiyini” xatırlatmaqla bu ölkənin istəyini xəyal olaraq gördüyünə eyham edir.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər