media-mogherinnii-768x512
media-bant_master

Avropa İttifaqının diplomatları Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə keçmiş Ali Nümayəndəsi Federika Moqerininin həbsindən şoka düşüblər.

ERAmedia bildirir ki, bu, hadisə ilə sabiq həmkarların fikrini öyrənmək istəyən “Le Monde”nin qənaətidir.

Məsələn, Avropa Komissiyası və Aİ-nin Xarici İşlər-Təhlükəsizlik Siyasəti üzrə keçmiş Ali Nümayəndəsi Cozep Borrell şərh verməkdən qaçıb, Avropa Şurasının keçmiş prezidenti Herman Van Rompuy isə işdən xəbərdar olmadığını deyib.

Nəşr xatırladıb ki, Van Rompuy 2020-ci ildə Moqerininin namizədliyini dəstəklədiyinə görə tənqid olunub. Onun təyinatı, idarəetmə və akademik təcrübəsinin olmaması səbəbindən geniş şəkildə “proteksiya” nümunəsi kimi qiymətləndirilib. Seçkilərin özü qeyri-şəffaf olduğu qeyd edilib.

Yada salaq ki, Avropa Diplomatiyasının keçmiş rəhbəri Federika Moqerini rəhbərlik etdiyi Avropa Kollecindəki diplomatik təlim proqramı ilə bağlı fırıldaqçılıqda şübhəli bilinərək Belçikada saxlanılıb. Avropa Xarici Fəaliyyət Xidmətinin keçmiş baş katibi Stefano Sannino və daha iki nəfər sorğu alrındadır.

Korrupsiya və peşəkar sirrin pozulmasında şübhəli bilinən Moqerini isə həbsdədir.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər