media-17770297244183816065_1200x630

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2026-cı ilin may ayında bayram və qeyri-iş günləri ilə əlaqədar Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.

ERAmedia-ya Qurumdan bildirilib ki, 9-11 və 27-31 may tarixlərində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşlara tələbatın əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Bu dövrdə həmin istiqamət üzrə gün ərzində 8 müntəzəm reysin (gediş-gəliş 16 reys) həyata keçirilməsi nəzərdə tutulur.

Artan sərnişin axınının tənzimlənməsi məqsədilə qeyd olunan tarixlərdə əlavə reyslərin də yerinə yetirilməsi planlaşdırılır. Belə ki, tələbatdan asılı olaraq gün ərzində 5–10 əlavə reys (gediş-gəliş 10–20 reys) həyata keçirilə bilər. Əlavə uçuşların sayı gündəlik tələbat əsasında müəyyən ediləcək. Bununla yanaşı, biletlərin əvvəlcədən alınması sərnişinlər üçün daha rahat səyahət planlaması imkanı yaradır və uçuşların səmərəli təşkili baxımından məqsədəuyğundur. Aviabiletləri AZAL-ın rəsmi internet səhifəsi, mobil tətbiqi və satış kassaları vasitəsilə əldə etmək mümkündür”, – deyə qurumun saytında bildirilir.


media-adspc

Bənzər xəbərlər