Azərbaycan və Ermənistanın Ağ Evdə bir araya gəlməsi böyük dönüş nöqtəsi idi - Stiv Deyns
Ötən ilin avqust ayında Ağ Evdə Prezident Trampın liderliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sülh sənədi imzalamaq üçün bir araya gəldi.
ERAmedia-nın məlumatına görə, bu sözləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Dövlət katibi Marko Rubio ilə dinləmələr zamanı sual verərkən deyib. O bildirib ki, bu, böyük dönüş nöqtəsi idi.
“Fikrimcə, bu barədə məlumatlandırma azdır. Düşünürəm ki, bu hekayəni yaymalıyıq. Bu, rəhbərlik tərəfindən həll edilmiş kritik bir geosiyasi problemdir”, – deyə o əlavə edib.










