Azərbaycanda əcnəbi turist cütlüyün başına xoşagəlməz hadisə gəldi – VİDEO
Azərbaycana səfərə gələn almaniyalı turist və onun yaponiyalı həyat yoldaşı ölkənin rayonlarından birində xoşagəlməz hadisə ilə üzləşiblər.
ERAmedia xəbər verir ki, hadisə barədə əcnəbi cütlük sosial şəbəkə hesablarında paylaşım edib.
Bildirilib ki, onlar rayonlardan birindən keçərkən yaşlı bir kişi avtomobilini saxlayaraq onlarla ünsiyyət qurmağa çalışıb.
Turistlərin sözlərinə görə, söhbət zamanı həmin şəxs qadına yaxınlaşaraq ona toxunmağa cəhd edib. Baş verənlər cütlük tərəfindən videoya çəkilib.
Daha sonra turistlər məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polis tərəfindən aparılan araşdırma nəticəsində görüntülərdə yer alan şəxs müəyyən edilib.
Hazırda onun barəsində qanunvericiliyə uyğun tədbirlərin görüldüyü bildirilir.
Faktla bağlı araşdırmalar davam edir və əlavə məlumatın veriləcəyi qeyd olunur.
Vüsalə









