Azərbaycandan Ermənistana neft məhsulları yola salınıb
Bu gün Ermənistana 16 vaqon həcmində (974 ton) dizel yanacağı göndərilir.
ERAmedia xəbər verir ki, ümumilikdə indiyədək Azərbaycandan Ermənistana 7610 ton dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin yola salınıb.
Qeyd edək ki, enerji resurslarının ixracı regionda iqtisadi əməkdaşlığın genişlənməsi və qarşılıqlı ticarət əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.











