media-1684435019350882662_1200x630

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım tempini 2026-cı ildə 2.2%, 2027-ci ildə isə 2.5% səviyyəsində proqnozlaşdırır.

ERAmedia xəbər verir ki, bu barədə BVF-nin aprel ayı üzrə hesabatında qeyd olunub.

Fond fevral ayı üzrə qiymətləndirmələri ilə müqayisədə 2026-cı il üçün proqnozunu 0.1 faiz bəndi artırıb. 2027-ci il üçün nəzərdə tutulan artım tempi isə dəyişməz qalıb.

BVF-nin təhlillərinə əsasən, qarşıdakı iki il ərzində ölkə iqtisadiyyatının ortaillik artımı 2.35% təşkil edəcək.


media-adspc

Bənzər xəbərlər