Bakı-Hövsan marşrutu üzrə yeni qatarlar alınır
Bakı-Hövsan marşrutu üzrə qatarların hərəkətinin bərpası ilə bağlı işlər aparılır.
Bu fikirləri “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
ADY rəsmisi qeyd edib ki, bu istiqamətdə artıq layihələndirilmə işlərinə başlanılıb.
“Həmçinin qatarların alışı ilə bağlı işlər aparılır. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2030-cu ilə qədər 20 ədəd qatar almağı planlaşdırır”.









