Benində hərbi çevriliş olub
Benin hərbçiləri ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Benin Dövlət Yayım Korporasiyası olan SRTB-nin efirində səsləndirilən bəyanata istinadən yazıb.
Bəyanata görə, hərbçilər dövlət qurumlarının buraxıldığını və Patris Talonun prezident vəzifəsindən uzaqlaşdırıldığını elan ediblər.
Qeyd olunur ki, keçid dövründə ölkəyə nəzarət polkovnik-leytenant Tiqri Paskalın rəhbərlik etdiyi Hərbi Bərpa Komitəsinə veriləcək.










