Bostana bir daş da oğul atdı
Monakodakı superkarların yarısı Ukrayna nömrə nişanlarına malikdir.
ERAmedia xəbər verir ki, bunu ABŞ prezidentinin oğlu Donald Tramp Dohada keçirilən forumda bildirib.
Sevgilisi ilə Monakoda tətilkeçirən Prezident oğlu gördüklərindən təəccüblndiyini dilə gətirib: “Adi bir gündə superkarların 50%-i – Bugatti, Ferrari, və baqa diqqətçəkən maşınlar Ukrayna nömrə nişanlarına malik idi. Doğrudanmı bütün bunların Ukraynada qazanıldığını düşünürük?” deyə o bildirib.
Oğul Trampın sözlərinə görə, Ukrayna varlı ölkə deyil, lakin oradakı məmurlar tez-tez külli miqdarda pulun mənimsənilməsi ilə bağlı cinayət işlərində ittiham olunurlar. O qeyd edib ki, 20 il əvvəl Ukraynaya səfər edərkən “bol sərvət” görməyib, indi isə “yüz milyonlarla dollar oğurladıqlarına görə ikinci dərəcəli məmurlar həbs olunur”.
Ural Dəyirmançı









