media-046223d2-2986-4a30-a7dc-59c8b06334c1
media-bant_master

Perunun Portillo əyalətinin Iparia şəhərində səhər saatlarında güclü torpaq sürüşməsi baş verib.

ERAmedia xəbər verir ki, Amazon meşələri bölgəsində Uqayali çayı sahilində yerləşən şəhərdəki torpaq sürüşməsi nəticəsində iki qayıq batıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 12 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Rəsmi qurumlar 2 nəfərin itkin düşdüyünü bildirərək, axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Peru mediasının məlumatına görə, hadisə zamanı qayıqlar Iparia Limanında olub və onların içərisində müəllimlər, həkimlər də daxil olmaqla çox sayda sərnişin olub.

Vural


media-adspc

Bənzər xəbərlər