Bu yay Bakı daha 120 ukraynalı uşağı qarşılayacaq - Olena Kondratyuk
Bir neçə gün əvvəl hamımız Kiyevin dəhşətli atəşə tutulmasının şahidi olduq. Azərbaycan səfirliyi də zədələndi. Raketlər binanın yaxınlığına düşdü və partlayış dalğası pəncərələri sındırdı. Bu, ilk belə hadisə deyil. Ötən ilin noyabr ayında da oxşar hadisə baş verdi.
ERAmedia xəbər verir ki, bunu AZƏRTACA-a açıqlaması zamanı Ukrayna Ali Radasının spikerin müavini Olena Kondratyuk bildirib
“Lakin səfirin özü də daxil olmaqla, bütün səfirlik işçiləri Kiyevdə qaldı və işlərini davam etdirdilər. Bu, Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə inam və dəstək deməkdir. Müharibə dönəmində Azərbaycan İrpenin bərpasında iştirak edir. Azərbaycan Ukraynanı enerji böhranından xilas etmək üçün 11 enerji yardım paketi təqdim edib, 600 ukraynalı uşağın Azərbaycanda istirahətinə dəstək olub. Bu yay Bakının daha 120 ukraynalı uşağı qarşılayacağı gözlənilir. Bütün bu dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edirəm”, – deyə vitse-spiker vurğulayıb.










