Bulvarda itkin düşən azyaşlının yaxınları tapılıb
Ötən gün axşam Dənizkənarı Milli Park ərazisində itkin düşən azyaşlı qızın yaxınları tapılıb.
ERAmedia xəbər verir ki, gəzinti gəmisinin yaxınlığında tapılan azyaşlı qızın valideynləri DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Dəniz Vağzalı Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən müəyyən edilib.
Azyaşlı qız ailəsinə təhvil verilib.










