Çin və Rusiya birgə təlimlərə başlayıb
Çin və Rusiya arasında raketdən müdafiə üzrə üçüncü birgə hərbi təlim dekabrın əvvəlində Rusiyada başlayıb.
ERAmedia xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, birgə təlimlər üçüncü ölkəyə qarşı yönəlməyib:
“Təlimlər eləcə də beynəlxalq və regional vəziyyətlə bağlı deyil”.










