Çindən Yaponiyaya diplomatik HƏMLƏ
“Çin Yaponiyanı ölkəsində planlaşdırılmış hərbi təlimlərinə mane olan təhlükəli hərəkətləri, eləcə də bütün məsuliyyətsiz dezinformasiya və siyasi manipulyasiyaları dərhal dayandırmağa çağırır”.
ERAmedia xəbər verir ki, bunları Çin Xarici İşlər Nazirliyinin sözçüsü Yaponiyanın müdafiə naziri Sindziro Koizuminin açıqlamalarına münasibətində bildirib.
Çin XİN-də onu da qeyd ediblər ki, ölkə ordusunda məsələ ilə bağlı qəti mövqe artıq açıq şəkildə bildirib. Faktlar aydındır: dəniz və hava məkanının təhlükəsizliyinə ən böyük təhlükə yaradan ölkənin planlaşdırılmış hərbi əməliyyatları yaxınlığında təkrarlanan kəşfiyyat manevrləri və Yaponiya qırıcı təyyarələrinin müdaxiləsidir.
Çinli diplomatın sözlərinə görə, hazırkı vəziyyətdə Yaponiya “radar hədəflənməsi” məsələsini şişirdir, faktları qəsdən təhrif edir və gərginliyi artırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün günahı ölkəsinin üzərinə atır.
XİN rəsmisi bildirib ki, bu, gizli niyyətlərlə edilir və Çin qəti şəkildə buna qarşı çıxır.
Ural Dəyirmançı










