Dünya Çempionatı oyunları azarkeşləri yuxusuz qoyacaq
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı ilin Dünya Çempionatında oyunların başlama saatları Türkiyədəki futbolsevərləri yuxusuz qoyacaq.
ERAmedia xəbər verir ki, tarixdə ilk dəfə 48 ölkənin iştirakı ilə keçiriləcək turnirdə Türkiyə Milli Komandası 24 illik fasilədən sonra yenidən Dünya Çempionatına qatılır. Lakin ev sahibi ölkələrlə saat fərqi səbəbindən turnir həm böyük həyəcan, həm də ciddi yorğunluq yaradacaq.
Turnir boyu ümumilikdə 104 oyunun 53-ü Türkiyə vaxtı ilə 00:00–05:00 aralığında başlayacaq.
Oyun saatlarının bölgüsünə əsasən, ən çox matç 23:00-da başlayacaq — bu vaxtda 19 oyun keçiriləcək. Onu 00:00-da başlayacaq 10 oyun və 02:00-də başlayacaq 9 oyun izləyir.
04:00-dəki 11 qarşılaşma isə Türkiyəli azarkeşlər üçün ən çətin izlənən vaxt aralığı olacaq.
Azarkeşlərin daha rahat izləyə biləcəyi 21:00–00:00 “prime-time” saatlarında isə 38 oyun yer alır. Bu rəqəm turnirdəki ümumi oyunların 36,5 faizinə bərabərdir.
Səhər saatları (07:00–09:00) aralığında isə 13 oyun keçiriləcək.
Final qarşılaşması Nyu-Yorkda baş tutacaq və saat 00:00-da başlayacaq.
Türkiyə milli komandasının oyun proqramı
D qrupunda ABŞ, Avstraliya və Paraqvay ilə mübarizə aparacaq milli komandanın oyun cədvəli belədir:
14 iyun (bazar): Avstraliya – Türkiyə, BC Place Vancouver Stadionu — 08:00
20 iyun (şənbə): Türkiyə – Paraqvay, San Francisco Bay Area Stadionu — 07:00
26 iyun (cümə): Türkiyə – ABŞ, Los Angeles Stadionu — 06:00
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.









