Eçmiədzin “asilərə” qarşı repressiyanı davam etdirir

Ktriç Nersisyan (II Qaregin) Talin rayon ruhani pastoru Tade Təhməzyanı vəzifəsindən kənarlaşdırıb.
ERAmedia xəbər verir ki, bu barədə patriarxlıq məlumat yayıb.
Erməni Apostol Kilsəsi bu qərara Araqatsotn Yeparxiyasının İnzibati Şurasının hesabat-rəyi əsasında gəldiyini bildirir.
Araqots Yeparxiyası hesab edib ki, Tade Təhməzyan “böhtan xarakterli ifadələr yaymaq da daxil olmaqla, Erməni Kilsəsini və onun ruhanilərini nüfuzdan salmaq”, “kilsədən xaric edildiyi elan edilmiş şəxsin müdafiəsindı iştirakı ilə kilsə əleyhinə hərəkətlər etmək”, “özünü Kilsədən kənarlaşdırmaq və mahiyyət etibarilə təfriqələrə qoşulmaq” və “kilsə hakimiyyətinə itaətsizlik göstərməklə” bu cəzanı aımalıdır.
Göründüyü kimi, Eçmiədzində hesabat-rəyi “aşağıların təklifi” olaraq qəbul edib və qərar veriblər.
Ural Dəyirmançı










