media-shipping-traffic-in-strait-of-hormuz-28-feb-credit-polestar-global

Hörmüz boğazında Fars körfəzini Hind okeanı ilə birləşdirən və dünya neft ixracının böyük hissəsinin keçdiyi bu ərazidə təxminən 1000 ticarət gəmisinin toplandığı bildirilir.

ERAmedia xəbər verir ki, Bu barədə BBC-yə Londonun sığorta şirkətləri assosiasiyası “Lloyd’s Market Association”nın (LMA) nümayəndəsi məlumat verib.

LMA-nın gəmiçilik və aviasiya şöbəsinin rəhbəri Nil Roberts bildirib ki, bu min gəminin yarısı neft və maye qaz daşıyan tankerlerdir.

“Əksər gəmilər əsasən gəmi sahibləri və operatorların təhlükəsizliklə bağlı narahatlıqları səbəbindən ankorda dayanıblar”, – deyə Roberts izah edib.

Onun verdiyi məlumata görə, bazar günündən bəri Hörmüz boğazından təxminən 40 gəmi keçib. Analitik şirkət “Kpler”in məlumatına əsasən, müharibə səbəbindən boğazda gəmilərin hərəkət sıxlığı təxminən 90% azalıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər