Ərdoğan Nazirlər Kabinetini TOPLAYIR - Nələr müzakirə ediləcək?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək.
ERAmedia Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplantının əsas gündəm mövzusu PKK terror təşkilatının ləğvi və silah təhvil vermə prosesində əldə olunan son vəziyyət olacaq.
Son olaraq Zap bölgəsində fəaliyyətlərini dayandırdığını açıqlayan PKK-nın silah təhvil vermə prosesi sahədən gələn hesabatlar əsasında qiymətləndiriləcək.
Kabinetdə diplomatik əlaqələrin gedişi də müzakirə olunacaq. Ərdoğan yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb, Ukraynadakı münaqişənin son durumu müzakirə edilib. Qara dənizdə bir neçə gün əvvəl zərər görən tanker hadisəsi sonrası bölgədə gərginlik yenidən yüksəlib. Liman və enerji təhlükəsizliyinin təmin olunması başda olmaqla atəşkəs planları masaya qoyulacaq.
Fələstində davamlı atəşkəsin möhkəmləndirilməsi də Nazirlər Kabinetinin gündəmində olacaq. İclasda həmçinin BMT Təhlükəsizlik Şurasında qəbul edilən Qəzzada sülh komissiyası yaradılması və Beynəlxalq Sabitlik Qüvvəsinin fəaliyyəti qərarının təsirləri müzakirə olunacaq. Türkiyənin Qəzzaya hərbi yardım da daxil olmaqla prosesə hansı addımlarla töhfə verə biləcəyi diqqət mərkəzində olacaq.
Kabinetin iclasında iqtisadi məsələlər də müzakirəyə çıxarılacaq.
Vural Həsənoğlu









