media-b30ef699-c58b-4b7a-89e2-b7b4e9aafe06

“Çiçəklənən Ermənistan” partiyasının sədri, sabiq deputat Qaqik Tsarukyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi barədə iddia qaldırıb.

ERAmedia xəbər verir ki, “Çiçəklənən Ermənistan”ın parlament seçkilərində namizədi bir qrup seçiciyə bu partiyanın lehinə səs vermələri üçün rüşvət verməkdə şübhəli bilinib.”

Tsarukyan iddiasında Paşinyanın mayın 28-də verdiyi bir sıra bəyanatların təkzib olunmasını tələb edir.

Söhbət iddiaçının bildirdiyi bəzi ifadələrdən gedir. Onun sözlərinə görə, Baş nazir onu “cinayətkar”, “casus”, “agent” adlandırıb, “cinayətkar sövdələşməyə girməkdə” və “Ermənistan xalqını qarət etməkdə” ittiham edib. Həmçinin o da iddia olunur ki, Tsarukyan xarici xüsusi xidmət orqanlarının göstərişi ilə “Çiçəklənən Ermənistan” partiyasının siyahısına dövlətə xəyanət və casusluq işi üzrə həbs edilmiş “Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyanı daxil edib.

Bundan başqa, Tsarukyan şər və böhtana görə Paşinyandan 6 milyon dram (təxminən 16 min dollar), təhqirə görə 3 milyon dram, habelə dövlət rüsumu və vəkil xidmətləri də daxil olmaqla məhkəmə xərclərinin (ümumilikdə təxminən 300 min dram) tutulmasını tələb edir.

İddiada Paşinyanın bəyanatlarının dərc olunduğu kütləvi informasiya vasitələri və onlayn resurslarda məhkəmə qərarı qüvvəyə mindikdən sonra beş iş günü müddətində ictimaiyyətdən üzr istənilməsi tələbi yer alır.

İyunun 2-də məhkəməyə daxil olan işə İrəvan Mülki Məhkəməsinin hakimi Naira Avetisyan baxacaq.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər