media-iwq3gwa1x0jogihiszt0ucjgyzmxgswos1t8ydbh_1200

Fransanın “France Télévisions” dövlət teleradio yayım şirkətinin əməkdaşları binaya bomba qoyulması ilə bağlı yayılan məlumat əsasında təxliyə ediliblər.

ERAmedia xəbər verir ki, bu barədə “France Info” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, şirkətin kanallarının və stansiyalarının yayımı dayandırılıb. Hadisə Bakı vaxtı ilə saat 20:30-da baş verib.

“France Info” telekanalının efirində həyəcan siqnalı səslənib. “Biz yayımı dayandırmaq məcburiyyətindəyik”, – deyə axşam xəbərlər buraxılışının aparıcısı bildirib.

Hadisə yerinə polis və kinoloji xidmət göndərilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Fransanın BFMTV telekanalında oxşar hadisə baş vermişdi. O zaman binada heç bir partlayıcı qurğu aşkar edilməmişdi.


media-adspc

Bənzər xəbərlər