media-f28358a1-e91d-4fb5-ba26-e921dce75fa4
media-bant_master

Türkiyədə futbol dünyasını sarsıdan böyük mərc qalmaqalı ilə bağlı aparılan istintaq genişlənir. İlk dalğadan sonra prokurorluğun göstərişi ilə bu dəfə daha genişmiqyaslı əməliyyat keçirilib.

ERAmedia Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni əməliyyat çərçivəsində bəzi klubların rəhbərləri, futbolçular və futbol ictimaiyyətindən tanınmış simaların da olduğu 47 nəfər saxlanılıb.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən futbolda oyun manipulyasiyası və mərc şübhələrinə dair aparılan istintaq çərçivəsində səhər saatlarında əməliyyat həyata keçirilib. Peşəkar futbolçular və klub rəhbərlərinin də aralarında olduğu çox sayda şəxs saxlanılıb.

Saxlanılanlar arasında keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar, futbolçular Mert Hakan Yandaş, Metehan Baltacı və “Adana Demirspor” klubunun sabiq prezidenti Murat Sancak da var. Mətbuat nümayəndələrinin “Niyə saxlanıldınız?” sualına Ahmet Çakar “Bilmirəm” cavabını verib.

Baş prokuror Akın Gürlek bir neçə gün əvvəl verdiyi açıqlamada, “Yaxın günlərdə başqa bir əməliyyat daha edə bilərik. Futbolun təmizlənməsini istəyirik. Prosesi davam edən liqalara və futbol camiəsinə zərər verməsini istəmirik,” demişdi.

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu 27 oktyabr 2025-ci ildə verdiyi açıqlamada 371 hakimin mərc hesabının aşkar edildiyini, onlardan 152-sinin aktiv şəkildə mərc fəaliyyəti apardığının müəyyənləşdirildiyini bildirib. Bu açıqlama prokurorluq tərəfindən rəsmi məlumat kimi qəbul edilərək əməliyyatların başlanmasına səbəb olub.

İstintaqın ilk mərhələsində əksəriyyəti hakimlərdən ibarət olan 21 nəfər barəsində axtarış, müsadirə və saxlanma tədbirləri görülüb, “Eyüpspor” klubunun prezidentinin də daxil olduğu səkkiz nəfər həbs edilib.

TFF daha sonra 149 hakimə 8–12 ay arasında fəaliyyət qadağası verib. Hakimlər və klub rəhbərlərindən sonra isə 1024 futbolçu müvəqqəti olaraq PFDK-ya sevk olunub, onlardan 102-si 45 günlə 12 ay arasında müxtəlif cəza alıb.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər