Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçiriləcək
Fevralın 26-da Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçiriləcək.
ERAmedia xəbər verir ki, forum Gürcüstanın Kaxeti bölgəsində, Telavi şəhərinin məşhur Tsenandali kəndində keçiriləcək.
Forumda Azərbaycan, Gürcüstan və Türkiyənin müvafiq qurumlarının rəhbərləri, iş adamları, biznes dairələrinin nümayəndələri iştirak edəcəklər.
İclasda iqtisadi perspektivləri layihələrin, regional əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.









