media-british-government-1536x1024
media-bant_master

Britaniya hökuməti dondurulmuş Rusiya aktivlərindən 8 milyard funt sterlinqi (10,6 milyard ABŞ dolları) Ukraynaya köçürməyi nəzərdən keçirir.

ERAmedia xəbər verir ki, bununla bağlı “The Times” nəşri hökumətin bəyanatını diqqətə çatdırıb: “Hökumət, Kiyevi dəstəkləmək üçün Böyük Britaniyada dondurulan 8 milyard funt sterlinq Rusiya aktivlərini köçürməyə hazırdır”.

Nəşr onu da əlavə edib ki, London Avropa İttifaqı və digər ölkələrlə Ukraynanın hərbi ehtiyacları üçün 100 milyard funt sterlinqə (133 milyard dollar) qədər vəsaiti ayırmağa imkan verən razılaşma əldə etməyə çalışır. Bu, “Ukraynanın növbəti iki il ərzində münaqişəni davam etdirmək və ya sülh razılaşması əldə edilərsə, yenidənqurmanı maliyyələşdirmək üçün ehtiyacların üçdə ikisindən çoxunu ödəyəcək” deməkdir.

O xatırladılır ki, dondurulmuş aktivlərdən əldə edilən mənfəət artıq Ukraynanın maliyyələşdirilməsinə sərf olunub və “yeni plan qalan pul vəsaitlərindən 2026 və 2027-ci illər üçün Kiyevə “təzminat krediti vermək”dən ibarətdir.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər