İran vətəndaşları bu ölkədən deportasiya edilir
ABŞ hökuməti Vaşinqton və Tehranın razılığı əsasında daha təxminən 50 İran vətəndaşını ölkədən deportasiya edib.
ERAmedia xəbər verir ki, bu barədə “The New York Times” qəzeti adı açıqlanmayan iranlı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, İran vətəndaşlarını daşıyan təyyarə Arizonadakı hava limanından havaya qalxıb və marşrut üzrə Misir və Küveytdə dayanacaqlar edəcək. Qəzet bildirir ki, bu, cari ildə həyata keçirilən ikinci belə reysdir. Birinci təyyarə sentyabr ayında ABŞ-ı tərk edib və onunla təxminən 100 İran vətəndaşı ölkədən çıxarılıb.
“The New York Times” həmçinin iddia edir ki, təyyarədə İranla yanaşı, Rusiya və bir sıra ərəb ölkələrinin vətəndaşları da var. Onların Misirin paytaxtı Qahirədə enəcəyi bildirilir.
Mənbəyə görə, hazırda ABŞ-da təxminən 2 min İran vətəndaşı deportasiya qərarının icrasını gözləyir.
Vural Həsənoğlu










