İranda “terror aktı”nda ittiham olunan bir nəfər edam edildi
İranda etirazlar zamanı zorakı hadisələrə və təhlükəsizlik qüvvələrinə hücumlara rəhbərlik etdiyinə görə edam cəzasına məhkum edilmiş Abbas Əkbəri Fayzabadinin edam cəzası icra olunub.
ERAmedia xəbər verir ki, İranın “Mizan” xəbər agentliyi edamın səhər saatlarında baş verdiyini açıqlayıb.
Fayzabadinin İranda baş verən “son etirazlar” zamanı zorakı hadisələrə rəhbərlik etdiyinə və terror aktlarında iştirak etdiyinə görə edam cəzasına məhkum edildiyi bildirilir.
Məlumatda Fayzabadinin İsfahan əyalətindəki etirazlar zamanı təhlükəsizlik qüvvələrinə və ictimai binalara hücumlara rəhbərlik etdiyi iddia edilir.
İran Məhkəmə Hakimiyyəti həmçinin bu hücumlarla əlaqəli olduğunu iddia etdiyi bəzi görüntüləri də yayımlayıb.
Vural









