Kaya Kallasdan kəskin AÇIQLAMA

Avropa öz gücünü, xüsusilə Rusiyaya qarşı gücünü olduğundan az qiymətləndirib. Biz özümüzə daha çox inanmalıyıq.
ERAmedia-nın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Doha Forumunda çıxışında deyib.
ABŞ-ın hələ də Avropanın ən böyük müttəfiqi olduğunu ifadə edən K.Kallas bildirib: “ABŞ hələ də bizim ən böyük müttəfiqimizdir. Biz də ABŞ üçün ən böyük müttəfiq olaraq qalırıq. Avropanın güclü və davamlı olması ABŞ-ın da maraqlarına uyğundur. Biz hər mövzuda həmişə eyni fikirdə olmamışıq, amma fikrimcə, ümumi prinsip dəyişməyib: biz ən böyük müttəfiqlərik və birlikdə qalmalıyıq”.










