Türkiyə bu körpünü yenidən inşa edir | Serbiyada seçkilərin ilkin nəticələri gözlənilir | Zelenski atəşkəs açıqlaması verib | Pirşağıda suiti cəsədləri aşkarlanıb - VİDEO | Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək? | Tramp İranla bağlı kəşfiyyat məlumatlarından danışdı | Əfqanıstanda güclü zəlzələ oldu | Sumqayıtda kəmər partlayıb, evləri su basıb -VİDEO | Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi | Naxçıvanın bu ərazilərinə qar yağıb | Ağcabədidə ağır qəza olub | Eldəniz Əzizli beşqat dünya çempionu oldu | Sabaha gözlənilən hava şəraiti açıqlanıb - PROQNOZ | Meteohəssas insanların NƏZƏRİNƏ! | “Günəşim” Kukla Teatrı Qubadlı şəhəri günü ilə bağlı video-çarx hazırlayıb | Azərbaycan millisindən növbəti QƏLƏBƏ | FHN silsilə maarifləndirmə tədbirləri keçirib -FOTO | Azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası BRÜSSELDƏ | Raket qalıqları Məkkə və Mədinəyə düşüb | Qubadlı – doğma torpağa qayıdışın və ümidlərin ünvanıdır
media-1772613086-sayt-04-jpg
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.

ERAmedia  xəbər verir ki, 11 gün fasiləsiz davam edəcək yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.

Yarmarkalarda 25 regiondan iştirak edəcək 147 fermer, 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Yarmarka 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanı ilə yanaşı, ümumilikdə 12 məntəqədə fəaliyyət göstərəcək.

Belə ki, 13-17 mart tarixlərində paytaxtın müxtəlif ərazilərində – “Əhmədli”, “Neftçilər” “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və “Azadlıq” metro stansiyalarının yaxınlığında, həmçinin Abşeron rayonu Mehdiabad qəsəbəsi “Qarant” Yaşayış Kompleksində yarmarkalar təşkil olunacaq. Eyni zamanda Sumqayıt, Xankəndi və Ağdaş şəhərlərində (Ağdaş şəhərində yeni bazar ərazisində) Novruz yarmarkalarının təşkili nəzərdə tutulur.

Bundan əlavə, 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu kəndində, 17 mart tarixində isə Zəngilan rayonunun Ağalı kəndində bir günlük səyyar yarmarkalar təşkil olunacaq.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.


media-adspc

Bənzər xəbərlər

media-banner-voyage-160-desktop