media-w_161764412219983460853_1200x630
media-bant_master

Rusiya ordusu noyabrın 29-na keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə çoxkombinasiyalı hava hücumu həyata keçirib.

ERAmedia Xarici KİV-lərə istinadən xəbər verir ki, gecə saatlarında hava hücumundan müdafiə sistemi işə düşüb, partlayış səsləri eşidilib.

Hava hücumu zamanı müxtəlif tipli, o cümlədən ballistik raketlərdən, zərbə dronlarından istifadə edilib. Hava zərbələri zamanı Kiyevin bir neçə hündürmərtəbəli yaşayış binası dağılıb. Azı 3 mülki şəxs həlak olub, 20-yə yaxın şəxs isə xəsarət alıb.

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında bildirib ki, hava hücumu zamanı 36 müxtəlif tipli raket, həmçinin 600-ə yaxın zərbə dronu atılıb. Əsas hədəf Kiyev şəhəri olub. Mülki və enerji infrastrukturlarına ciddi ziyan dəyib.


media-adspc

Bənzər xəbərlər