media-16769290472367138407_1200x630

Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından olan mərhum Xalq artisti Ramiz Novruzun bu gün doğum günüdür.

ERAmedia bildirir ki, uzun illər səhnədə yaratdığı obrazlarla tamaşaçı rəğbəti qazanan sənətkarın həyat yolu təkcə uğurlarla deyil, eyni zamanda yadda qalan çətinliklər və taleyüklü hadisələrlə də zəngin olub.

İllər öncə mətbuata açıqlamalarında mərhum aktyor sənət fəaliyyəti boyunca onlarla fərqli obraza həyat verən aktyor müsahibələrində şəxsi həyatına dair də diqqətçəkən məqamları bölüşüb. Zaman-zaman yaxın çevrəsindən gördüyü münasibətlər aktyorda ciddi məyusluq yaradıb. Xalq artisti etibar etdiyi insanlardan gözləmədiyi davranışlarla qarşılaşdığını və bunun ona mənəvi təsir etdiyini dilə gətirib.

Ramiz Novruzun həyatında sevgi də unudulmaz iz buraxıb. Gənclik illərində ailə qurmağa hazırlaşdığı dövrdə tez-tez nişanlısının yaşadığı kəndə gedib-gəldiyi bildirilir. Həmin illərdə baş verən hadisələrdən biri isə aktyorun yaddaşında daha dərin iz qoyub. Belə ki, şəxsi həyatı ilə bağlı yaşanan gərgin anlardan birində mübahisə böyüyüb və hadisə aktyorun xəsarət alması ilə nəticələnib.

Sənətkarın karyerasında xüsusi yer tutan ekran işlərindən biri də “Dodaqdan qəlbə” olub. Maraqlıdır ki, Ramiz Novruz əvvəlcə həmin layihədə rol almağa tərəddüd edib. O, bu obrazın öz yaradıcılıq xəttinə uyğun olmadığını düşündüyünü dəfələrlə qeyd edib. Lakin mərhum rejissor Lütfi Məmmədbəyov aktyorun layihəyə qatılmasında israrlı olub və nəticədə Ramiz Novruz ekran işinə çəkilməyə razılıq verib.

Azərbaycan mədəniyyətinə illərdir töhfə verən sənətkar bu gün də yaratdığı obrazlarla xatırlanır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər