Məşhur aktyordan vida mesajı – Gerçək ortaya çıxdı
Son olaraq rol aldığı “Eşref Rüya” serialı ilə gündəmdə olan türkiyəli aktyor Çağatay Ulusoy haqqında ortaya atılan bir iddia sosial şəbəkələrdə böyük rezonans doğurub. Məşhur aktyorun aktyorluğu tərk etdiyinə dair paylaşılan ekran görüntüsü qısa müddətdə geniş auditoriyaya yayılıb.
ERAmedia xəbər verir ki, Çağatay Ulusoyun rəsmi sosial media hesabından paylaşılmış kimi göstərilən yazıda onun ekran önündəki karyerasını bitirdiyi iddia olunub. Lakin sonradan məlum olub ki, bu açıqlama həqiqəti əks etdirmir.
Saxta olduğu müəyyən edilən görüntüdə Çağatay Ulusoyun dilindən yazılmış dramatik ifadələr yer alıb. Uydurma mesajda aktyorun yaşadığı “dərin yorğunluq və tükənmə” səbəbilə karyerasını sonlandırdığı iddia edilib.
Montajlanmış paylaşımda bu sözlərin yer aldığı bildirilib:
“Dərin yorğunluqdan qaynaqlanan halsızlığımın yaratdığı təsirlə ekran önündəki karyeramı sonlandırmışam. Məni dəstəkləyən bütün pərəstişkarlarıma təşəkkür edirəm. Kamera arxasında formalaşacaq yeni layihələrlə ən qısa zamanda sizinlə olacağam”.
Sözügedən paylaşımın qısa müddətdə sosial mediada yayılmasından sonra bir çox istifadəçi iddianın doğru olub-olmadığını araşdırmağa başlayıb. Lakin qısa zamanda ekran görüntüsünün xüsusi redaktə proqramları ilə hazırlanmış saxta bir material olduğu üzə çıxıb.
Beləliklə, məşhur aktyorun aktyorluğu tərk etməsi ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi müəyyən olunub.
Həqiqətin ortaya çıxmasından sonra Çağatay Ulusoyun pərəstişkarları rahat nəfəs alıblar. Hadisə sosial şəbəkələrdə təsdiqlənmədən yayılan məlumatların nə qədər tez gündəm yarada bildiyini bir daha göstərib.
Vüsalə










