Məşhur generaldan maraqlı TƏKLİF
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı Rusiya üzərində “tam qələbə” olmadığı təqdirdə sülh müqaviləsi bağlamaq ideyasını dəstəkləyib.
ERAmedia xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
Ukraynanın Böyük Britaniyadakı bugünkü səfirinin sözlərinə görə, Kiyev hərbi münaqişəyə uzunmüddətli son qoymaq variantını istisna edə bilməz.
“Müharibələrin böyük əksəriyyəti ya qarşılıqlı məğlubiyyətlə, ya da hər iki tərəfin qələbəyə əmin olması ilə, ya da başqa bir ssenari ilə başa çatır”-deyə, Zalujnı fikrini əsaslandırır.
Xatırladaq ki, keçmiş Baş Komandan bu fikirləri Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti sülh danışıqlarında iştirak etmək üçün ABŞ-da olduğu vaxtda səsləndirib.










