Məşhur müğənni bu yeməyə ŞOK məbləğ ödədi
Məşhur müğənni Ajda Pekkan İstanbulun Yeşilköy bölgəsində yerləşən lüks bir restoranda yemək yeyib.
ERAmedia xəbər verir ki, sənətçinin yemək seçimində xüsusi texnika ilə palıd odununun atəşində 12 saat ərzində hislənərək bişirilən “brisket” (dana döşü) ətinin olduğu məlum olub.
80 yaşlı super ulduzun bu ziyafətindən sonra restorana 43 min lirə (təxminən 2100 manat) məbləğində hesab ödədiyi bildirilir.
Qısa müddətdə sosial şəbəkələrdə yayılan yüksək hesab, həm yeməyin hazırlanma prosesi, həm də mövcud restoran qiymətləri baxımından böyük maraq doğurub və istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.
Vüsalə









