Mingəçevirdə 15 yaşlı qızı avtomobil vurub
Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ERAmedia Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota” markalı, 99-UL-717 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Qəmər Bəxtiyar qızı Hacızadəni vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Hacızadə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.









