Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər - Medvedev
Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında Ukraynanın və ya münaqişədə iştirak edən NATO ölkələrinin atom elektrik stansiyalarına simmetrik zərbə endirilə bilər.
ERAmedia Rusiya mediasına istinadla xəbər verir ki, bunu bu ölkəninTəhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
O deyib ki, nüvə elektrik stansiyasının turbininin və ya reaktor zalının fəlakətli şəkildə dağıdılması “yeni Çernobıl”a səbəb olar.
Qeyd edək ki, “Rosatom”un rəhbəri Aleksey Lixaçev Ukraynaya məxsus döyüş dronunun Zaporojye Atom Elektrik Stansiyasının 6-cı blokunun turbin zalına zərbə endirdiyini bildirib. O əlavə edib ki, dronun idarəolunması fiber optik vasitəsilə həyata keçirilir və təsadüfi zərbə ehtimalı istisna edilir.
Birləşmiş Millətlər Təşkilatının Baş katibinin ofisindən isə bildirib ki, bu qurum bütün tərəflərin vacib infrastruktura hücumlardan çəkinməsini istəyir.









