media-17891389485240146059_1200x630

Amerika Birləşmiş Ştatlarında (ABŞ) 2001-ci il 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir.

ERAmedia xəbər verir ki, əsas tədbirlər terror aktlarının baş verdiyi Nyu-York, Virciniya və Pensilvaniya ştatlarında təşkil olunub.

Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin yerləşdiyi “Ground Zero” memorialında keçirilən mərasimə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens, həmçinin sabiq prezidentlər Co Bayden, Barak Obama, Corc Buş və Bill Klinton qatılıblar. Yerli vaxtla saat 08:46-da – qaçırılan ilk təyyarənin Şimal qülləsinə çırpıldığı anda bir dəqiqəlik sükut elan edilib. Daha sonra terror aktları zamanı həlak olan 2977 nəfərin, eləcə də 1993-cü ildə Ümumdünya Ticarət Mərkəzində törədilmiş partlayışın 6 qurbanının adları oxunub.

ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp isə Pentaqonda keçirilən anım mərasimində iştirak edirlər.

Mərasim zamanı Pentaqonda həyatını itirən 184 nəfərin adları səsləndirilib, binanın terror hücumuna məruz qalan hissəsində nəhəng ABŞ bayrağı açılıb.

Pensilvaniyanın Şenksvill şəhərində isə qaçırılmış “United Airlines” şirkətinə məxsus 93 saylı reysin qəzaya uğradığı ərazidə ayrıca anım mərasimi təşkil olunub.


media-adspc

Bənzər xəbərlər