Müharibəyə hazırlaşırıq ki, müharibə olmasın - Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə ordusunun döyüş hazırlığının yoxlanılması ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirib.
ERAmedia xəbər verir ki, bu barədə “BELTA” məlumat yayıb.
Lukaşenko ordunun hazırlıq səviyyəsinin yoxlanılmasının vacibliyini vurğulayıb.
“Mən artıq xalq dili ilə demişəm: ordunu silkələmək lazımdır, vaxtı çatıb. Bütün ordunu. Hamını yoxlayacağıq. Hətta səfərbərliyə qədər. Müharibə zamanı necə olacaqsa, hər şeyi elə edirik. Müharibəyə hazırlaşırıq ki, müharibə olmasın”, – deyə Belarus Prezidenti bildirib.









