Putin suqsvanqa düşüb - İbrahim Nəbioğlu yazır...
Şahmatda istənilən gediş oyuncunun mövqeyini yaxşılaşdırmır, əksinə, mütləq şəkildə zəiflədir və məğlubiyyətə sürükləyir…
Gürcüstan ilə Rusiya arasındakı yeganə quru sərhəd məntəqəsində – Kazbegi/Yuxarı Lars keçidində kilometrlərlə tıxac var. Səfərbərlik qorxusu ilə on minlərlə rus vətəndaşı ölkəni tərk edir, bəzən 40 saata qədər gözləməli olurlar.
Bu dəhşətli mənzərə 2 həftəyə yaxındır davam edir.
Eyni zamanda Ukrayna ordusu Rusiya dərinliyindəki hərbi obyektləri, neft emalı zavodlarını və logistika mərkəzlərini vurmağa davam edir. Müharibənin Rusiya iqtisadiyyatına vurduğu ziyan artıq milyardlarla dollarla ölçülür.
Və bütün bunların fonunda Kremli narahat edən əsas siqnal: Putinin populyarlığı azalır.
20 sentyabrda Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək.
İşğal olunmuş Ukrayna ərazilərində də seçki məntəqələri qurulacaq. Amma sərhəddəki tıxac, şəhərlərdəki partlayış səsləri və artan itkilər seçki ərəfəsində Kremlin nəzarət etdiyi “sabitlik” şousunu çətinləşdirir.
Sual belədir: əgər vəziyyət bu qədər “nəzarət altındadırsa”, niyə ölkədən bu qədər insan qaçır?










