media-ec3dc840-7764-480b-9c0a-2ff1b56db267

Mingəçevirdə əsən güclü külək şəhərin müxtəlif ərazilərində fəsadlar törədib.

 ERAmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əsən güclü küləyin təsirindən şəhərin Əliağa Vahid və Rəsul Rza küçələrində, eləcə də ətraf ərazilərdə iri gövdəli ağaclar aşaraq nəqliyyat və piyada yollarını bağlayıb.

Nəticədə həmin ərazilərdə hərəkətdə məhdudiyyətlər yaranıb.

Küləyin yaratdığı fəsadların miqyası və dəymiş ziyanın həcmi dəqiqləşdirilir.

Aşmış ağacların ərazidən götürülməsi və yaranmış problemlərin aradan qaldırılması üçün Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları əraziyə cəlb olunub.

media-ef445256-677f-4c2d-8647-738686b6280a


media-adspc

Bənzər xəbərlər