media-17798631143540827844_1200x630

Bu gün Slovakiyanın paytaxtı Bratislavada minifutbol üzrə Avropa çempionatına start veriləcək.

ERAmedia xəbər verir ki, Azərbaycan millisinin də mübarizə apardığı turnirin ilk günündə 9 oyun təşkil ediləcək.

Ən maraqlı görüşlərdən biri C qrupunda Türkiyə və Serbiya yığmaları arasında olacaq.

Azərbaycan millisi isə yarışa mayın 28-də start verəcək. Rəqib Avstriya seçməsidir.

Komandamızın F qrupundakı digər rəqibləri Fransa və İtaliya kollektivləridir.


media-adspc

Bənzər xəbərlər