media-1677732915_1677573743_1677565565_azedu_az_ba579ca4-e73f-39e4-bb1a-4451ce07940a_850_303

2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

Bu barədə ERAmedia-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.


media-adspc

Bənzər xəbərlər