media-image_940x_69c132b529ee1

ABŞ-də neft qiymətlərinin kəskin artımı ilə bağlı mümkün ssenarilər nəzərdən keçirilir.

ERAmedia  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, prezident Donald Trampın komandası neftin qiymətində mümkün sıçrayışın iqtisadiyyata təsirlərini araşdırır. Məqsəd isə ABŞ-nin bütün gözlənilməz vəziyyətlərə hazır olub-olmadığını müəyyənləşdirməkdir.

Mənbələrin sözlərinə görə, ABŞ rəsmiləri xüsusilə Yaxın Şərqdə uzunmüddətli münaqişə ehtimalını da nəzərə alırlar.

“Bloomberg”in proqnozuna əsasən, neftin qiyməti bir neçə ay ərzində 170 dollara yüksələrsə, bu, inflyasiyanın sürətlənməsinə və ABŞ ilə Avropada iqtisadi artım tempinin zəifləməsinə səbəb olacaq.


media-adspc

Bənzər xəbərlər